Dioqo Verdaska “Kəpəz”ə qayıtdı

Bu yay “Kəpəz”dən azad agent kimi ayrılmış portuqaliyalı müdafiəçi Dioqo Verdaska yenidən Azərbaycan klubunun düşərgəsinə qayıdıb.

Arena.az xəbər verir ki, bu barədə Gəncə klubunun mətbuat xidməti məlumat yayıb.

28 yaşlı müdafiəçi ilə 1 illik müqavilə imzalanıb. O,2025/2026-cı illər mövsümünün sonunadək “Kəpəz”in uğurları üçün çalışmağa davam edəcək.

Dieqo Verdaska ötən mövsümdə də “Kəpəz”in şərəfini qoruyub. Futbolçu ümumilikdə 30 oyunda meydana çıxıb, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.

Verdaska ötən mövsümün əvvəlində İspaniyanın ikinci liqa təmsilçisi “Mirandes”dən azad agent kimi “Kəpəz”ə keçmiş və 1 illik müqavilə bağlamışdı. Bu yay tərəflər arasındak müqavilənin müddəti bitdiyi üçün Gəncə təmsilçisi onunla vidalaşdığını açıqlamışdı.

Verdaska İspaniyada “Real Saraqosa”nın da uğurları üçün çalışıb. O, “Beytar” (İsrail, Yerüsəlim) və “Şlensk” (Polşa, Vrotslav) klublarında da oynayıb. Müdafiəçi Portuqaliyanın U-16, U-17, U-18, U-19 və U-20 yığmalarında forma geyinsə də, əsas millidə debüt şansı qazanmayıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: