Dioqo Verdaska “Kəpəz”də – Rəsmi

İspaniyanın “Mirandes” klubunun mərkəz müdafiəçisi Dioqo Verdaska bundan sonra “Kəpəz”in uğurları üçün çalışacaq.

Arena.az bu barədə Gəncə klubunun rəsmi saytına istinadən xəbər verir.

Belə ki, “Kəpəz” bu gün heyətinə daha bir futbolçu qatıb. Sözügedən klub Dioqo Verdaskanı sıralarına cəlb edib. Portuqaliyalı müdafiəçi cari mövsümün sonuna kimi “Kəpəz”in şərəfini qoruyacaq.

27 yaşlı futbolçunun son klubu İspaniyanın ikinci liqa təmsilçisi “Mirandes” olub. “Porto”nun yetirməsi olan Dioqo Verdaska İspaniyada “Real Saraqosa”nın da uğurları üçün çalışıb. O, “Beytar” (İsrail, Yerüsəlim) və “Şlensk” (Polşa, Vrotslav) klublarında oynayıb.

“Mirandes”ə 2023-cü ilin iyulunda cəlb olunmuş Verdaska bu komandanın heyətində cəmi 2 oyuna çıxıb. O, Portuqaliyanın U-16, U-17, U-18, U-19 və U-20 yığmalarında forma geyinsə də, əsas millidə debüt şansı qazanmayıb.

Verdaska “Kəpəz”in bu yay heyətində qatdığı 8-ci legionerdir. Gəncə klubuna daha öncə Paulo Rojerio (“Lenk”, Portuqaliya), Kərim L’Kuça (“Santa Koloma”, Andorra), Lassana Ndiaye (“Botev”, Bolqarıstan), Redon Mihana (“Erzeni”, Albaniya), Viktor Braqa (“Aqiya di Maraba”, Braziliya), Keverton Resende Markolino (“Hersilio Lus”, Braziliya) və Valdemar Almeydanı (“Səbail”) da heyətinə qatmışdı. Yerli oyunçulardan isə Elmir Tağıyev (“Səbail”), Nicat Süleymanov (“Araz-Naxçıvan”), Məmməd Hüseynov (“Zirə”), İlkin Qırtımov (“Qəbələ”), Orxan Əliyev (“Araz-Naxçıvan”), Rauf Hüseynli (“Qəbələ”), Turan Manafov (“Araz-Naxçıvan”) və Camal Cəfərov (“Kəpəz”, icarə) bu komandaya cəlb olunub.

Yeqor Xvalko, Ehtiram Şahverdiyev, Əli Səmədov, Vurğun Hüseynov, Tural Rzayev və Mahir Həsənovla da yeni müqavilə imzalanıb.

Elçin Əlicanov, Vüsal Məsimov, Mate Kvirkviya, Adama Niane, Martins Junior, Olavale Onanuqa, İqor Rodriqes, Georgi Papunaşvili, Rüfət Əhmədov, Latir Fall, Amil Yunanov, Kamran İbrahimov və Vurğun Hüseynov (karyerasını bitirib) isə komandanı tərk ediblər. Arzu Atakişiyev də “Difai”yə icarəyə verilib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: