Eduard Mendi “Çelsi”ni “Əl-Əhli”yə dəyişdi – Rəsmi

Səudiyyə Ərəbistanının “Əl-Əhli” klubu “Çelsi”nin seneqallı qapıçısı Eduard Mendi ilə müqavilə imzaladığını açıqlayıb.

Arena.az bu barədə sözügedən klubun rəsmi məlumatına istinadən xəbər verir.

31 yaşlı qolkiper ərəb klubu ilə 2026-cı ilə qədər müqavilə imzalayıb. Səudiyyə Ərəbistanı klubu bu transferə görə “Çelsi”yə 18,5 milyon avro ödəyib.

Xatırladaq ki, Eduard Mendi əvvəllər “Şerbur”, Marsel “Olimpik”inin “B” komandası, “Reyms”, “Renn”də də çıxış edib. Mendinin karyerasının ən parlaq dövrü isə “Çelsi”də oynadığı müddətə təsadüf edir. O, “zadəganlar”la UEFA Çempionlar Liqasının, UEFA Super Kubokunun və klublararası dünya çempionatının qalibi olub. Həmçinin Mendi Seneqal yığması ilə Afrika Millətlər Kubokunu da qazanıb. Yığma komandada Mendi 28 oyun keçirib, 17 qol buraxıb, 14 oyundan “quru” çıxıb.

Ümumilikdə Mendi “Çelsi”nin heyətində 105 oyun keçirib, 86 qol buraxıb, 49 oyunda qapısının toxunulmazlığını təmin edib.

“Transfermarkt” internet-portalı Eduar Mendini 12 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: