“Çelsi”nin seneqallı qapıçısı Eduard Mendi də 19 milyon avro qarşılığında Səudiyyə Ərəbistanın “Əl-Əhli” klubuna keçəcək.
Arena.az bu barədə “Evening Standard”a istinadən xəbər verir.
Daha əvvəl 31 yaşlı Mendinin “Əl-Əhli” ilə 3 illik müqavilə imzalanacağı bildirilirdi.
2022/2023 mövsümündə Mendi “Çelsi”nin heyətində 12 oyunda meydana çıxıb, 17 qol “yeyib”, 1 oyunda qapısını toxunulmaz saxlamağı bacarıb. “Çelsi” Premyer Liqanı 12-ci pillədə başa vurub və avrokuboklardan kənarda qalıb.
Eduard Mendi “Çelsi” ilə Çempionlar Liqasının, UEFA Super Kubokunun, Klub Dünya Kubokunun qalibi olub.
Mendi 2018-ci ilin payızında Seneqal yığmasında debüt edib və 2021 Afrika Millətlər Kubokunu qazanıb.
“Transfermarkt” internet-portalı Eduard Mendini 12 milyon avro məbləğində qiymətləndirir.


