Azərbaycanlı FIFA referisi Elçin Məsiyev futbol üzrə Avropa Konfrans Liqasının qrup mərhələsinin 2-ci turunun oyununa təyinat alıb.
Arena.az xəbər verir ki, o, Farer adalarında yerli “Klaksvik” və Fransanın “Lill” komandaları arasında keçiriləcək oyunu idarə edəcək.
Bu barədə AFFA-nın rəsmi saytında məlumat verilib. Xəbərdə bildirilir ki, UEFA bu komandaların oyununu məhz azərbaycanlı hakimlərə tapşırıb. Baş hakim Elçin Məsiyev olacaqsa, ona yan xətt hakimləri Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Fərid Hacıyev yerinə yetirəcək.
Qarşılaşmanın VAR hakimləri türkiyəli Mete Kalkavan və Erkan Engin olacaqlar.
Oktyabrın 5-də Torshavnda baş tutacaq bu qarşılaşmaya Bakı vaxtı ilə saat 20:45-də start veriləcək.


