Elçin Məsiyev “Srvena Zvezda” – “Larne” matçına təyinat aldı

Azərbaycanlı FIFA referisi Elçin Məsiyev UEFA Çempionlar Liqasının (ÇL) 2026/2027 mövsümünün 2-ci təsnifat mərhələsinin oyununa təyinat alıb.

Arena.az bu barədə UEFA-nın rəsmi saytına istinadən məlumat verir.

Elçin Məsiyev Serbiyanın “Srvena Zvezda” və Şimali İrlandiyanın “Larne” komandaları arasında keçiriləcək cavab görüşünü idarə edəcək.

Məsiyevə yan xətt hakimləri Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Əliyar Ağayev yerinə yetirəcək. VAR hakimi Kley Ruperti (Niderland), onun köməkçisi isə Nicat İsmayıllı olacaq.

Qeyd edək ki, iyulun 29-da Belqraddakı “Rayko Mitiç” stadionunda keçiriləcək görüşə Bakı vaxtı ilə saat 22:00-da start veriləcək.

Xatırladaq ki, “Srvena Zvezda” ilə “Larne” arasındakı ilk oyun isə bir həftə öncə – iyulun 22-də Şimali İrlandiyada təşkil ediləcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: