Elmar Baxşıyev: “Vurmayana vurarlar” prinsipi özünü göstərdi”

“Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev Azərbaycan Premyer Liqasının 28-ci turu çərçivəsində “Keşlə”yə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, o, 1:3 hesabıyla uduzduqları oyundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Mövsümün son oyunu idi. Komandanı bu durumda – iddiasını itirəndən sonra oyuna motivasiya etmək çətindir. Ümumilikdə futbolçular verilən tapşırığı meydanda göstərməyə çalışdı. “Vurmayana vurarlar” prinsipi özünü göstərdi. Çoxsaylı hücumlar qursaq da, tamamlamaqda çətinlik çəkdik. Ceyms Adeniyinin zədələnərək meydandan çıxması işimizi bir az çətinləşdirdi. Komandanın mövsümdəki oyunundan və yanaşmasından razı qaldım”.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: