Eltun Turabov da “Sumqayıt”la müqavilə imzaladı

2021/22 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” FK daha bir futbolçu ilə anlaşıb.

Arena.az xəbər verir ki, ötən mövsüm icarə əsasında bu komandada çıxış etmiş Eltun Turabov ilə 1 illik müqavilə imzalanıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, Eltun Turabov ötən mövsüm 14 oyunda “Sumqayıt”ın formasını geyinib. Turabov Azərbaycanın U-21 millisinin də uğurları üçün çalışıb.

“Sumqayıt” bundan əvvəl “Qəbələ”dən ayrılan Yusif Nəbiyev və “Keşlə”ni tərk edən Xəzər Mahmudovla müqavilə imzalamışdı.