Futbol üzrə Azərbaycan milli komandasının sabiq üzvü, mərkəz müdafiəçisi Elvin Yunuszadə bundan sonra “Qəbələ”nin formasını geyinəcək.
Arena.az bu barədə əyalət klubunun rəsmi saytına istinadən xəbər verir.
Belə ki, Yunuszadə ilə 1 illik müqavilə imzalanıb. 32 yaşlı müdafiəçi 2024/2025 mövsümündə “qırmızı-qaralar”ın formasını geyinəcək.
Elvin Yunuszadə Azərbaycanda “Neftçi”, “Simurq”, “Qarabağ”, “Sabah”, “Səbail”, “Şamaxı”, “Kəpəz”, “İrəvan”, Bosniya və Herseqovinada “Çelik”, Şimali Makedoniyada “Şkupi”də çıxış edib. Yunuszadə Azərbaycan milli komandasında keçirdiyi 3 oyunda 1 qol vurub.
Sonda onu da xatrıladaq ki, “Qəbələ” yeni mövsümdə Azərbaycan Birinci Liqasında çıxış edəcək. Komanda növbəti mövsümdə Premyer Liqaya vəsiqə qazanmağa çalışacaq.


