Azərbaycanın U-21 millisinin yarımmüdafiəçisi Emil Musatafayev Ukraynanın “Aleksandriya” komandasında növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, 21 yaşlı futbolçu Ukrayna Premyer Liqasının 19-cu turu çərçivəsində baş tutan Poltava “Vorskla”sı ilə oyunun iştirakçısı olub.
Sözügedən kollektiv bu rəqiblə doğma meydanda qarşılaşıb. Futbolçumuzun komandası meydanı 3:0 hesablı qələbə ilə tərk edib.
Emil Mustafayev bu görüşə start heyətdə başlayıb. O, 75-ci dəqiqədə əvəzlənib.
Bundan əvvəlki ardıcıl 5 oyunda heç-heçəyə imza atan “Aleksandriya” bu mövsüm keçirdiyi 18 oyunda 31 xal toplayıb. Komanda hazırda 16 iştirakçı arasında 5-ci pillədə qərarlaşıb. Mustafayev isə cari mövsümdə meydana çıxdığı 7 oyunda 2 qol və 2 məhsuldar ötürmə müəllifi olub.


