“Qəbələ”nin hücumameyilli yarımmüdafiəçisi Emil Səfərov futbol üzrə Azərbaycan milli komandasında debüt edib.
Arena.az xəbər verir ki, 21 yaşlı futbolçu AÇ-2024-ün Belçika ilə bu gün keçirilən matçında iştirak edib.
O, qarşılaşmanın 62-ci dəqiqəsində Aleksey İsayevin əvəzində meydana çıxıb. Bu, Emilin əsas yığmada ilk matçı olub.
Qeyd edək ki, Azərbaycan millisi Belçika ilə görüşdə 0:1 hesabı ilə uduzub.
Emil Səfərov “Qəbələ”nin öz yetiməsidir. O, 2021-ci ildən klubun əsas komandasında forma geyinir. Ötən ildən gənclərdən ibarət Azərbaycan yığmasında da çıxış edən futbolçu “Qəbələ”də bütövlükdə 64 oyuna çıxıb, 4 qol vurub, 2 məhsuldar ötürmə müəllifi olub.



