Emin Mahmudov “Neftçi”nin heyətində 100-cü rəsmi oyununa çıxıb.
Arena.az xəbər verir ki, bu münasibətlə “Neftçi” PFK-nın prezidenti Kamran Quliyev klub adından ona xatirə hədiyyəsi təqdim edib.
Bu, Premyer Liqanın 21-ci turu çərçivəsində baş tutan “Sumqayıt”la ev oyunundan öncə baş verib.
Qeyd edək ki, kapitan 83 çempionat, 8 kubok, 9 avrokubok matçında “ağ-qara” formanı geyinib.
Emin Mahmudov 2017-ci ildən “Neftçi”nin uğurları üçün çalışır. 28 yaşlı yarımmüdafiəçi Azərbaycan millisinin də formasını geyinir.



