“Mançester Yunayted”in holland baş məşqçisi Erik ten Haq İngiltərə klubunda gələcəyi ilə bağlı sualı cavablandırıb.
Arena.az Ten Haqın müvafiq xüsusda fikirlərini diqqətinizə çatdırır:
“Ötən mövsüm parlaq keçdi – biz bütün gözləntiləri aşdıq. Mən bu layihəni qəbul edərkən çətinliklərdən xəbərdar idim, boşluqlar var və biz hazırda çətin dönəmdən keçirik. Mən, direktorlar və komanda da daxil olmaqla, hamımız bir yerdəyik, çətinliklərə qarşı birgə səylərlə mübarizə aparacağıq. Biz daha yaxşılaşmalı olduğumuzu bilirik”, deyə Erik Ten Haq “qırmızı şeytanlar”ın düşərgəsindəki mənzərəni təsvir edib.
Oktyabrın 3-də Çempionlar Liqasının A qrupunun 2-ci turu çərçivəsində “Mançester Yunayted” evdə “Qalatasaray”a məğlub olub – 2:3. Hazırda A qrupunda 6 xalla “Bayern” liderlik edir, “Qalatasaray”ın 4, “Kopenhagen”in 1 xalı var. İngiltərə nəhəngi isə qrupun audsayderidir, 2 oyun – 2 məğlubiyyət, top fərqi isə 5:7 nisbətindədir.


