Erlinq Haland və Kilian Mbappe – ən bahalı hücumçular!

“Mançester Siti”də çıxış edən Erlinq Haland və PSJ-də forma geyinən Kilian Mbappe hazırda dünyanın ən bahalı hücumçularıdır.

Arena.az məlumat verir ki, “Transfermarkt” internet-portalı bazar qiymətlərinin aralıq yeniləmələri üzrə dünyanın ən bahalı hücumçularının siyahısını dərc edib.

İlk onluğun zirvəsində transfer dəyəri 180 milyon avro məbləğində qiymətləndirilən, “Mançester Siti”nin norveçli mərkəz hücumçusu Haland qərarlaşıb.

“Qolçu vikinq”in ardınca eyni məbləğdə transfer dəyəri verilən, PSJ-nin fransalı ulduzu Mbappe qərarlaşıb. Müvafiq olaraq hər iki hücumçu “Real”ın ingilis mərkəz yarımmüdafiəçisi Cud Bellingemlə eyni transfer dəyərindədir, Cud bu üçlüyün zirvəsində yer alır.

Ən bahalı hücumçuların üçlüyünü “Real”ın braziliyalı sol vingeri Vinisius Junior qapayır. “Vinni”nin transfer dəyəri 150 milyon avro məbləğində qiymətləndirilir.

Dünyanın ən bahalı 10 hücumçusunun ilk onluğunu təqdim edirik:

  1. Erlinq Haland (“Mançester Siti”, 180 milyon avro);
  2. Kilian Mbappe (PSJ, 180 milyon avro);
  3. Vinisius Junior (“Real”, 150 milyon avro);
  4. Bukayo Saka (“Arsenal”, 120 milyon avro);
  5. Filip Foden (“Mançester Siti”, 110 milyon avro);
  6. Viktor Osimhen (“Napoli”, 110 milyon avro);
  7. Lautaro Martines (“İnter”, 110 milyon avro);
  8. Harri Keyn (“Bayern”, 110 milyon avro);
  9. Rodriqo (“Real”, 100 milyon avro);
  10. Xulian Alvares (“Mançester Siti”, 90 milyon avro).
Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: