İspaniyalı məşqçi Ernesto Valverde özünə yeni iş yeri tapıb. Arena.az xəbər verir ki, 58 yaşlı mütəxəssis “Atletik”in baş məşqçisi təyin edilib.
Bu barədə Bilbao klubunun rəsmi saytı məlumat yayıb. Lakin tərəflər arasında müqavilənin müddəti və digər detalları açıqlanmayıb.
Ernesto Valverde daha öncə də “Atletik”də baş məşqçi kimi çalışıb. O, 2001/22 mövsümündə bu klubda köməkçi kimi məşqçilikdəki ilk addımlarını atıb. 2002-2005-ci illər aralığında isə baş məşqçilik edib. 2005-ci ildə Bilbao təmsilçisindən ayrılan mütəxəssis “Espanyol”, “Olimpiakos” (Yunanıstan), “Vilyarreal” və “Valensiya” kimi klubları çalışdırdıqdan sonra yenidən “Atletik”ə qayıdıb. Valverde 2013-2017-ci illər aralığında daha 4 mövsüm basklara rəhbərlik edib. 2015-ci ildə basklar bu məşqçinin rəhbərliyi altında İspaniya Super Kubokunun qalibi olublar.
Valverdenin sonuncu iş yeri “Barselona” olub. O, 2017-ci ilin yayından 2020-ci ilin yanvarına qədər Kataloniya klubuna rəhbərlik edib.


