Ezekiel Morqan “Kəpəz”lə müqavilə bağladı, icarəyə göndərildi

Qanadan olan gənc yarımmüdafiəçi Ezekiel Morqan Azərbaycan Premyer Liqasında mübarizə aparan “Kəpəz”lə anlaşıb.

Arena.az xəbər verir ki, bu barədə Gəncə klubunun mətbuat xidməti məlumat yayıb.

21 yaşlı futbolçu ilə 2+1 illik müqavilə bağlanıb. Onun sonuncu klubu vətənində “Tudu Mayti Gets” olub.

Ezekiel Morqan bu mövsüm “Kəpəz”in formasını geyinməyəcək. Belə ki, Gəncə klubu onu mövsümün sonuna kimi Birinci Liqa təmsilçisi “İmişli”yə icarəyə verib.

Xatırladaq ki, “Kəpəz” bu yay Vurğun Hüseynov, Rüfət Əhmədov, Əli Səmədov, Ehtiram Şahverdiyev, Elmir Tağıyev, Olavale Onanuqa, Vladislav Vasilyuçek, Vüsal Məsimov, Latir Fall, Şakir Seyidov və Georgi Papunaşvili kimi futbolçuları da heyətinə qatmışdı.

Əvəzində Yusif Nəbiyev, Fərid Nəbiyev, Salif Sisse, Mario Mustapiç, Orxan Sadıqlı, Georgi Kantariya, Ahmed Ayzaya, Nicat Süleymanov və Zamiq Əliyev komandanı tərk ediblər.

Elçin Əlicanov, Yeqor Xvalko, Tural Rzayev, Kamran İbrahimov, Mate Krivkviya və Elnur Cəfərov isə “Kəpəz”lə yeni müqavilə bağlayıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: