Fabio Kapello: “Kilian Mbappe və Cud Bellingemdə hər şey var”

“Real” sabiq baş məşqçisi, italyan mütəxəssis Fabio Kapello müsahibəsində bir çox məqamlara dair fikirlərini paylaşıb.

Arena.az “Marca” nəşrinə istinadən məlumat verir ki, Kapello ilk növbədə, “Real”ın baş məşqçisi, həmvətəni Karlo Ançelottini bir mütəxəssis olaraq yüksək qiymətləndirib:

“Ançelotti dünyanın ən yaxşı məşqçisidir. O, çıxış etdiyi hər klubda qalib gəlib və çox ağıllıdır. Karlo qazandığı qədər qalib gəlmək çox çətindir. O, bir sistem üzrə oynamır və oyunçularını necə sazlamağı həmişə bacarıb”, deyə italyan mütəxəssis bildirib.

Kapello Kərim Benzemanın gedişindən sonra “vuran ayağ”a ehtiyacı olan “Real”ın hücum xəttinə namizədini də açıqlayıb:

“Real” bazara girməyi planlaşdırırsa, özünün yüksək səviyyəli mərkəz hücumçusunun olub-olmadığı haqda düşünməlidir. Amma “Real”da bu, yoxdur. Bu vəziyyətdə ən yaxşı seçim Haland olacaq. Ancaq ən yaxşı futbolçunu dəvət etməkdən danışırıqsa, əlbəttə ki, bu, Mbappedir”, deyə Kapello açıqlayıb.

Həmçinin Kapello futbolun gələcək rəqabət müstəvisində şəxsi mükafatlar uğrunda yarışacaq iki əsas futbolçu haqda fikir söyləib:

“Mənim üçün Messi və Ronaldo kimi bir-biri ilə mübarizə aparacaq ən yaxşı iki oyunçu Mbappe və Bellingemdir. Haland? Amil budur ki, Cud və Kilian daha çox texnikalı oyunçulardır. Norveçli heyrətamiz hücumçudur, əsl yırtıcıdır, amma Mbappe və Bellingemdə hər şey var. Haland hazırda dünyanın ən yaxşı “doqquzluğ”udur”, deyə italyan mütəxəssis bildirib.

Fabio Kapello İspaniya Kral Futbol Federasiyasının (RFEF) Hakimlər Komissiyasının sabiq vitse-prezidenti, “Barselona”dan rüşvət almaqda ittiham edilən və həmçinin “Barselona”nın rəsmən rüşvətxorluqda ittiham edildiyi, Xose Neqreyranın cinayət işi ilə bağlı danışıb:

“Barselona”nın “Neqreyra davası” ilə bağlı tarixi – qalmaqaldır. Futbola zərər verən inanılmaz hekayədir. Mən bunu başa düşmürəm. Mən hər iki tərəfi başa düşmürəm”, deyə italyan mütəxəssis müvafiq iyrəncliklərə futbolda yer olmadığını başa düşməyə əsas verib.

Xəbəri sosial şəbəkələrdə paylaş: