“Barselona”nın baş məşqçisi Hansi Flik Çempionlar Liqasının 1/4 finalının Dortmund “Borussiya”sı ilə cavab oyunundan gözləntisini açıqlayıb.
Arena.az xatırladır ki, Barselonada keçirilmiş ilk oyunda “blauqrana” 4:0 hesablı qələbə qazanıb.
Flik səfərdə baş tutacaq matçdan öncə təşkil olunmuş mətbuat konfransında bunları söyləyib:
“Bizim məqsədimiz – mümkün olduqca daha yaxşı oynamaqdır. Mən söz verirəm ki, biz özümüzü ən yaxşı tərəfdən göstərəcəyik. Stadion amili vacibdir, buna görə də biz köklənməli və futbolu istədiyimiz kimi oynamalıyıq.
Bizim bəxtimiz gətirib ki, hesabda üstünlüyə malikik, ona görə də cavab oyunu çox çətin olacaq. Mən istəyirəm ki, komandam Avropanın ən güclü komandalarından biri ilə oyundan zövq alsın. Biz yaxşı oynamaq və ilk oyunda müvəffəq olduğumuz dörd topluq üstünlüyümüzü qoruyub-saxlamaq istəyirik”, – AS dərgisi alman mütəxəssisdən sitat gətirir.
“Borussiya” – “Barselona” oyunu bu gün, aprelin 15-də keçiriləcək. Hakim oyunu Bakı vaxtı ilə saat 23:00-da başladacaq.


