Floran Qotro Kilian Mbappeni sərt tənqid etdi

Fransız icmalçı Floran Qotro Fransa yığmasının kapitanı, ulduz hücumçu Kilian Mbappenin ünvanına tənqidi fikir səsləndirib.

Arena.az məlumat verir ki, Qotronun səbr kasası AÇ-2024-ün 1/4 finalında Portuqaliya – Fransa oyunundan (əsas və əlavə vaxt 0:0, penaltilərlə 3:5) sonra daşıb.

Floran Qotro Mbappeni tənqid etməklə yanaşı, ona bəraət olaraq bəhanələr arayanları da məzəmmətləyib:

“Mbappe həmişə hər şeyi öz maraqları üçün edir. Mətbuat konfransında olarkən o, tərəfdaşlarına hücum çəkir. “Daha əvvəlki ortaqlarım, müvafiq toplarım yoxdur”. Qrizmanı müdafiə edirdi. Əgər belə bir vəkilin varsa, o zaman sən ölümə gedirsən. O, Qrizmann haqqında dedi, o, digər komanda yoldaşları haqqında dedi, çünki onlar Poqbanın ötürmə keyfiyyətinə malik deyillər. Biz onun üçün bəraət bəhanələri axtarmağa son verməliyik, çünki o, özü üçün kifayət qədər bəhanə tapır. Maska və ətrafdakı oyunçular, mənim fikrimcə, faydasız olan bəhanələrdir”, – “RMC Sport” dərgisi fransız icmalçıdan sitat gətirir.

Xatırladaq ki, Kilian Mbappe AÇ-2024-ün Avstriya yığması ilə 1-ci tur qrup oyununun (1:0) 86-cı dəqiqəsində oyun məqamlarının birində rəqibin mərkəz müdafiəçisi Kevin Danso ilə başa-baş toqquşma zamanı burnunu sındırmışdı. Bundan sonra ulduz hücumçu məşqləri zamanı və oyunlarda onun üçüm xüsusi hazırlanmış qoruyucu maskada çıxış edir.

Transfer dəyəri 180 milyon avro məbləğində qiymətləndirilən, dünyanın ən bahalı fransalı “xoruzu”nun AÇ-2024-də keçirdiyi oyunlarda səmərəsi, “D” qrupunun 3-cü tur oyununda yarış cədvəli baxımından əhəmiyyət kəsb etməyən, Polşa yığması ilə oyunda (1:1) penaltidən vurduğu qoldan ibarətdir. Buna rəğmən, “xoruzlar” sürünə-sürünə yarımfinala çıxıblar və burada AÇ-2024-ün əsas favoriti İspaniya yığması ilə qarşılaşacaqlar.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: