“Real”ın prezidenti Florentino Peres PSJ-nin fransalı ulduzu Kilian Mbappedən gələn yay azad agent kimi transferi ilə bağlı zəmanət istəyir.
Arena.az bu barədə “Sports.es” dərgisinə istinadən məlumat verir.
Vurğulanır ki, “Real” sövdələşmədə iştirak etmək niyyətində deyil. Peresin özü də “oyunçunun növbəti imtinasına görə istehza ediləcəyi” vəziyyətdən ehtiyatlanır. Məhz bu səbəbdən o, fransız ulduzdan əvvəlcədən zəmanət tələb edir.
“Real” təmsilçiləri fransız hücumçunun ətrafına cari mövsümün sonuna qədər bütün sənədləri imzalamağı nəzərdə tutduqlarını bildiriblər.
Xatırladaq ki, PSJ Mbappeyə müqaviləni uzatmaq təklifi etmişdi. Kilianın Paris klubundan imtina edəcəyi güman edilir.
Mbappe PSJ-yə 2018-ci ilin iyulunda 180 milyon avro qarşılığında “Monako”dan keçib. Kilianın Fransa nəhəngi ilə cari müqaviləsi 2024-cü ilin iyun ayının sonuna qədər qüvvədədir. Cari mövsümdə ulduz hücumçu parislilərin heyətində 9 oyuna çıxıb, 8 qol vurub.
Mpappe hazırda kapitanı olduğu, 2017-ci ilin martında debüt etdiyi Fransa yığmasının heyətində 73 oyun keçirib, 43 qol vurub, 26 məhsuldar ötürmə verib. Kilian “xoruzlar”la 2018-ci ildə Rusiyada keçirilmiş dünya çempionatının qalibi olub.
“Transfermarkt” internet-portalına 24 yaşlı Kilian Mbappeni 180 milyon avro məbləğində qiymətləndirir.


