Fransa prezidenti Emmanuel Makron PSJ-nin fransalı ulduzu, mərkəz hücumçusu Kilian Mbappe haqqında danışıb.
Arena.az “RMC Sport” dərgisinə istinadən məlumat verir ki, Makron Mbappenin cari mövsümün sonunda PSJ-dən ayrılacağı ilə bağlı yayılmış xəbərlər mənzərəsində futbolçunun gələcəyi ilə bağlı sualı cavablayıb:
“Kilian Mbappe əla futbolçudur. Onun gələcəyimi? Mən onun agenti deyiləm. O, heyrətamiz idmançıdır. Kilian milli komandanın kapitanı rolunu öz üzərinə götürüb. 2024-cü ildə biz Avro çempionatında iştirak edəcəyik, mən ümidvaram, biz qalib gələcəyik. Mbappe, gənc həmkarı Zair-Emeri kimi diqqət mərkəzində olacaq. Əgər ilin idmançısının adını çəkmək olarsa, Kilian həm keçən ilin, həm də ondan əvvəlki ilin ən yaxşı idmançısı ola bilərdi”, deyə Fransa prezidenti bildirib.
Xatırladaq ki, daha əvvəl mətbuatda ən çox ehtimal edilən təxminin Mbappenin “Real”a keçidi olacağı haqda məlumatlar yayılmışdı. Mövcud məlumata görə, “Kral Klubu” fransalı hücumçuya 2024-cü ilin yanvar ayının ilk yarısında mövsümün sonunda “Real”a keçib-keçməyəcəyini bildirməli olduğunu şərt qoyub.
Mbappe PSJ-yə 2018-ci ilin iyulunda 180 milyon avro qarşılığında “Monako”dan keçib. Kilianın Fransa nəhəngi ilə cari müqaviləsi 2024-cü ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə ulduz hücumçu parislilərin heyətində bütün yarışlarda 22 oyuna çıxıb, 21 qol vurub, 2 məhsuldar ötürmə verib.
Kilian Mbappe hazırda kapitanı olduğu, 2017-ci ilin martında debüt etdiyi Fransa yığmasının heyətində 75 oyun keçirib. Hücumçu bu oyunlarda 46 qol vurub, 30 məhsuldar ötürmə verib. Kilian “xoruzlar”la 2018-ci ildə Rusiyada keçirilmiş dünya çempionatının (DÇ-2018) qalibi olub.
“Transfermarkt” internet-portalına 24 yaşlı Kilian Mbappeni 180 milyon avro məbləğində qiymətləndirir.


