Futzal üzrə Azərbaycan çempionatının Yüksək Liqa və Birinci Liqa yarışlarında “Yay transfer pəncərəsi”nin vaxtı uzadılıb.
Arena.az xəbər verir ki, bu barədə Azərbaycan Futzal Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, iştirakçı komandalar transfer etdikləri oyunçuları əvvəlcədən nəzərdə tutulduğu kimi, sentyabrın 19-na qədər yox, ayın 30-u saat 23:59-a qədər qeydiyyatdan keçirə bilərlər.
Xatırladaq ki, Yüksək Liqanın 2023/2024 mövsümünə sentyabrın 26-da start veriləcək. Birinci Liqanın başlama tarixi isə oktyabrın 1-nə nəzərdə tutulub.


