Peşəkar Futbol İttifaqı UNFP PSJ-nin Kilian Mbappeni Yaponiyadakı təlim-məşq toplanışından kənarlaşdırılması ilə bağlı vəziyyəti şərh edib.
Arena.az bu barədə təşkilatın bəyannaməsinə istinadən məlumat verir:
“Biz imzalanmış müqavilələrə hörmətin tərəfdarıyıq! PSJ rəhbərliyinin bunu etməsi üçün heç bir əsası yoxdur. Bu, baş məşqçinin planının bir hissəsi deyilsə – bu isə açıq-aşkar belə deyil.
Klub rəhbərlərinə xatırlatmaq yerinə düşər ki, işçini işdən çıxmağa məcbur etmək və ya işəgötürənin şərtlərini qəbul etmək üçün onun iş şəraitini pisləşdirməklə, ona təzyiq göstərmək Fransa qanunları ilə yolverilməz mənəvi təzyiqdir”, – təşkilatın açıqlamasında deyilir.
Xatırladaq ki, PSJ rəhbərliyi Mbappenin “Real”la gizli razılığa gəldiyi qənaətini hasil edərək, fransalı ulduz hücumçunu komandanın Yaponiyada keçirəcəyi təlim-məşq toplanışından xaric edib. Bununla yanaşı, PSJ rəhbərliyi komandanın daha Mbappe ilə oyuna çıxmaması haqda tədbiri nəzərdən keçirir. Paris klubu ulduz futbolçusunu transferə çıxarıb.


