“Bayern”in ingilis mərkəz hücumçusu Harri Keyn 2023-cü təqvim ilinin ən sərrast futbolçuları arasında liderdir.
Arena.az məlumat verir ki, hazırda 30 yaşlı Keynin hesabında 49 qol var.
Portuqaliya yığmasının və “Əl-Nəsr”in 38 yaşlı ulduzu, veteran hücumçu Kristiano Ronaldo 48 qolla Keyni təqib edir. PSJ-nin 24 yaşlı fransalı mərkəz hücumçusu Kilian Mbappe isə cari təqvim ilində 47 qol vurub.
Həmçinin, hər üç futbolçu çıxış etdikləri milli çempionatların cari mövsümdə ən sərrast futbolçuları siyahısına başçılıq edrirlər. Harri Keyn 18 qolla (12 oyun) Bundesliqanın ən sərrast futbolçusudur. Kristiano Ronaldonun Səudiyyə Ərəbistanı Peşəkar Liqasında 15 qolu (13 oyun) var. Kilian Mbappe isə Liqa 1-də 14 qol (12 oyun) vurub.
Hər üç futbolçu 2024-cü il Avropa çempionatının seçmə mərhələsi çərçivəsində oyunlarda iştirak ediblər, komandalarını kapitan olaraq meydana çıxarıblar. Bu oyunlarda Ronaldo 10 qol, Mbappe 9 qol, Keyn isə 8 qol vurub.


