Birinci Liqa təmsilçisi “Baku Sportinq”in formasını geyinən müdafiəçi Hüseyn Babayev bundan sonra “Kəpəz”in uğurları üçün çalışacaq.
Arena.az bu barədə Gəncə klubunun mətbuat xidmətinə istinadən xəbər verir.
23 yaşlı mərkəz müdafiəçisi ilə mövsümün sonuna kimi nəzərdə tutulmuş 1 illik müqavilə imzalanıb.
Hüseyn Babayev “Neftçi”nin yetirməsidir. O, son olaraq “Baku Sportinq”in formasını geyinib. Mərkəz müdafiəçisi 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinə (U-21) də dəvət alıb.
Xatırladaq ki, “Kəpəz” bu yay Rojerio Santos, Vadim Abdullayev, Azuma Abubakar, Ürfan Abbasov, Kennet Kalunqa, Rafael Məhərrəmli və Viktor Stinanı da heyətinə qatıb.
Əli Səmədov, Rəhman Hacıyev, Dioqo Verdaska, Ümid Səmədov və Elgün Bayramovla yeni müqavilə imzalanıb.
Rauf Hüseynli, Məmməd Hüseynov, Fərid Nəbiyev, Luis Paçu, Yusif İmanov, Camal Cəfərov, Ehtiram Şahverdiyev, Olavale Onanuqa və Ryonosuke Ohori də komandanı tərk ediblər.


