Joze Mourinyo Didye Droqbaya duyğusal yazı həsr edib

“Roma”nın baş məşqçisi Joze Mourinyo sabiq hücumçusu Didye Droqbaya sosial şəbəkələrdə ürək sözlərini həsr edib.

Arena.az Mourinyonun həmin yazısını diqqətinizə çatdırır:

“20 iyul 2004-cü ildə bir hücumçu ilə müqavilə imzaladım. O, qol vura bilmirdi, çalışa bilmirdi, mübarizə apara bilmirdi, liderlik edə bilmirdi. Bu oğlanla üç dəfə İngiltərə Premyer Liqasını qazanmaq mənə nəsib oldu. O, əbədi olaraq mənim dəstəmin üzvüdür”.

20 iyul 2004-cü ildə Droqba Marsel “Olimpik”indən Mourun rəhbərlik etdiyi “Çelsi”yə keçib. İvuarlı hücumçu 2014-cü ildə yenidən “Çelsi”yə qayıtmazdan əvvəl 2012-ci ilə qədər “zadəganlar”ın heyətində çıxış edib. Mourinyonun rəhbərliyi altında Droqba “Çelsi” ilə üç dəfə – 2005, 2006 və 2010-cu illərdə İngiltərə Premyer Liqasının qalibi olub. Didye Droqbanın futbol ulduzuna çevrilməsi məhz Mourun “zadəganlar”ı çalışdırdığı dövrə təsadüf edir.

Xəbəri sosial şəbəkələrdə paylaş: