Joze Pezeyro Venesuela millisinin baş məşqçisi postundan ayrıldı

Futbol üzrə Venesuela millisinin baş məşqçisi Joze Pezeyro istefa verib. Arena.az xəbər verir ki, bu barədə yığmanın mətbuat xidməti məlumat yayıb.

Pezeyronun istefası Venesuela Futbol Federasiyası tərəfindən qəbul edilib. Federasiya yeni baş məşqçi təyinatı ilə bağlı axtarışlara start verildiyini bəyan edib.

Joze Pezeyro 2020-ci ilin fevralından Venesuela yığmasına rəhbərlik edirdi. 61 yaşlı mütəxəssisin ayrılığına maaşlardakı gecikmələrin səbəb olduğu iddia edilir. Sözügedən komanda Pezeyronun rəhbərliyi altında meydana çıxdığı 11 qarşılaşmada cəmi 1 qələbə qazanıb, 3 heç-heçə edib, 7 məğlubiyyətə üzülüb.

Xəbəri sosial şəbəkələrdə paylaş: