“Kəpəz” də 2 günlük istirahəti başa vurdu, məşqləri bərpa etdi

Azərbaycan Premyer Liqasında mübarizə aparan “Kəpəz” iki günlük istirahətin ardından dünəndən məşqlərə başlayıb.

Arena.az xəbər verir ki, bu barədə Gəncə klubunun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, futbolçular məşqçilər korpusunun təlimatları əsasında gündə iki dəfə olmaqla hazırlıq keçirlər.

Milli komandaların seçmə mərhələ oyunları səbəbindən Azərbaycan Premyer Liqasında yaranan fasiləyə görə komanda yoxlama oyunu da keçirəcək. Gəncə təmsilçisinin rəqibi Birinci Liqa təmsilçisi “Zaqatala” olacaq. Gəncə şəhər stadionunun ev sahibliyi edəcəyi görüş saat 17:00-da başlayacaq.

Xatırladaq ki, “Kəpəz” Premyer Liqada fasiləyə 5 oyunda topladığı 4 xalla 9-cu pillədə yollanıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: