“Kəpəz” futbol üzrə Azərbaycan Premyer Liqasının cari mövsümündə ilk böyükhesablı qələbəsini qazanıb. Arena.az xəbər verir ki, Gəncə təmsilçisi ölkə çempionatının 12-ci turunda “Səbail”i 3:0 hesabı ilə məğlub edib.
Bu, klub tarixinə ölkə çempionatının yüksək dəstəsində əldə olunan 70-ci böyükhesablı ev qələbəsi kimi düşüb. Öz meydanında üç və ya daha çox top fərqi ilə qazanılan qələbə sayında “Kəpəz” yalnız “Neftçi” ilə “Qarabağ”dan geri qalır.
Gəncəlilər bunadək evdəki sonuncu belə qələbəsini 2016-cı il yanvarın 30-da “Qəbələ” ilə görüşdə bayram edib – 3:0.
Xatırladaq ki, “Kəpəz”in Gəncədəki ilk böyükhesablı qələbəsi 1992-ci il mayın 11-də “Avey”lə görüşdə qeydə alınıb – 4:0.


