“Kəpəz” altı futbolçusu ilə yollarını ayırdı

“Kəpəz” altı futbolçusu ilə yollarını ayırıb. Arena.az xəbər verir ki, Vüsal Məsimov, Qaraxan Əliyev, Vüqar Həsənov, Roman Hüseynov, İbrahim Qədirzadə və Emil Qasımov klubu tərk edib.

Bu barədə Gəncə klubunun mətbuat xidməti məlumat yayıb. Bu futbolçuların başa çatan müqavilələrinin müddətini artırmağa ehtiyac duyulmayıb.

Klub onların hər birinə xidmətlərinə görə təşəkkür edib, gələcək karyeralarında uğurlar arzulayıb.

Qeyd edək ki, “Kəpəz” qarşıdakı mövsümdə Premyer Liqada mübarizə aparacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: