“Kəpəz” Azər Məmmədovun köməkçilərini təqdim etdi

Futbol üzrə Azərbaycan Premyer Liqasında yeni mövsümə hazırlaşan “Kəpəz”in baş məşqçisi Azər Məmmədovun köməkçiləri bəlli olub.

Arena.az xəbər verir ki, bu barədə Gəncə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, məşqçilər korpusunda Etibar İbrahimov, İlkin Verdiyev (hər ikisi köməkçi məşqçi), Vüqar Məmmədov (qapıçı məşqçi), Kərim Diniyev (fiziki-hazırlıq üzrə məşqçi) və Fərid Məmmədov (analitik məşqçi) yer alıblar.

Xatırladaq ki, Azərbaycan Premyer Liqasında yeni mövsümə avqustun 14-də start veriləcək. Gəncə təmsilçisi 2026/2027-ci illər mövsümünün ilk turunda doğma meydanda son ölkə çempionu “Sabah”la üz-üzə gələcək.

“Kəpəz” ötən mövsümün sonunda baş məşqçisi Azər Bağırovla yollarını ayırmaq məcburiyyətində qalmışdı. Bu üzdən də klub rəhbərliyi bu posta daha əvvəl də sözügedən komandanı çalışdırdırmış Azər Məmmədovu gətirib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: