“Kəpəz” növbəti transferini rəsmiləşdirib. Arena.az xəbər verir ki, Gəncə klubu yarımmüdafiəçi Fərid Nəbiyevi heyətinə qatıb.
Bu barədə Gəncə klubunun mətbuat xidməti məlumat yayıb. 23 yaşlı vingerlə bir illik müqavilə imzalanıb.
Fərid Nəbiyevin sonuncu komandası Çexiyanın “Viktoriya” (Jijkov) klubu olub. O, 2020-ci ilin yanvar ayından bu klubun uğurları üçün çalışırdı. Gənclərdən ibarət yığmamızın sabiq hücumçusu daha öncə Çexiyada Praqa “Slaviya”sının U-21 komandasında da çıxış edib. “Qəbələ”nin yetirməsi olan futbolçu Gürcüstanın “Şevardeni” komandasında da forma geyinib.
“Kəpəz” bu yay Tural Axundov, Elvin Yunuszadə, Kamran İbrahimov, Georgi Kantariya, Mate Kvirkviya, Əfran İsmayılov və Rauf Əliyevi də transfer etmişdi. Sözügedən klub Samir Məhərrəmli (“Sabah”) və Zamiq Əliyevi (“Qarabağ”) də icarəyə götürüb. Elçin Əlicanov, Tural Rzayev, Nicat Süleymanov və Bəhruz Teymurovla isə yeni müqavilə imzalanıb. Əvəzində Vüsal Məsimov, Qaraxan Əliyev, Vüqar Həsənov, Roman Hüseynov, İbrahim Qədirzadə və Emil Qasımov komandadan ayrılıb.


