“Kəpəz” Qəbələdə “Sumqayıt”la qarşılaşacaq

Azərbaycan Premyer Liqasında yeni mövsümə hazırlaşan “Kəpəz”in yay fasiləsində yoxlama oyunu keçirəcəyi daha bir rəqibi bəlli olub.

Arena.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Gəncə təmilçisi 3-cü – sonuncu yoxlama matçında “Sumqayıt”la qarşılaşacaq. Görüş iylun 26-da Qəbələ şəhər stadionunda keçiriləcək.

Xatırladaq ki, “Kəpəz”in iyulun 14-də “Qəbələ”, ayın 20-də isə “Şamaxı” ilə yoxlama oyunlarında qüvvəsini sınayacağı bəlli idi.

Bu yay yenidən sabiq baş məşqçisi Azər Məmmədova tapşırılmış Gəncə təmsilçisi geridə qalmış 2025/2026-cı illər mövsümündə Premyer Liqadakı yerini çətinliklə qoruyub. Bu komandanın növbəti mövsümdə də iddialı olmayacağı indidən məlumdur. Belə ki, Rauf Hüseynli, Məmməd Hüseynov və Fərid Nəbiyevlə yollarını ayırmıış klub yalnız Əli Səmədov, Rəhman Hacıyev və Dioqo Verdaska ilə yeni müqavilə bağlayıb, heyətinə yeni futbolçu cəlb etməyib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: