“Kəpəz” “Sabah”la oyuna Ayzaya və Kantariyasız çıxacaq

“Kəpəz” fubol üzrə Azərbaycan Premyer Liqanın 25-ci turu çərçivəsində qarşılaşacağı “Sabah”la səfər oyununa itkilərlə çıxacaq. Arena.az xəbər verir ki, bu barədə Gəncə klubunun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, yarımmüdafiəçilər Ahmed Ayzaya və Georgi Kantariya bu görüşü buraxacaqlar. Ayzaya cəzalıdırsa, Kantariya zədə səbəbindən komandasına kömək edə bilməyəcək.

“Sabah” – “Kəpəz” qarşılaşması bu gün Masazırdakı “Bank Respublika Arena”da baş tutacaq. Oyuna saat 18:30-da start veriləcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: