Azərbaycan Premyer Liqasında 2023/2024 mövsümünə hazırlaşan “Kəpəz”də yeni baş məşqçi Azər Məmmədovun köməkçiləri məlum olub.
Arena.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Belə ki, Azər Məmmədovun məşqçilər korpusunda Xaliq Mərdanov, Etibar İbrahimov, Vasif Vəliyev, Tariyel Hüseynov (qapıçılar üzrə məşqçi) və İlkin Verdiyev (analitik məşqçi) yer alıb.
Xatırladaq ki, Azər Məmmədov “Kəpəz”in baş məşqçi postunda bu yay Tərlan Əhmədovu əvəzləyib. O, buna qədər “Səbail”də baş məşqçi Şahin Diniyevin köməkçisi kimi çalışırdı.


