Əfsanəvi braziliyalı sabiq müdafiəçi, ikiqat dünya çempionu Markos Kafu PSJ-nin ulduz hücumçusu, həmyerlisi Neymar haqda danışıb.
Arena.az bu “Infobae.com” portalına istinadən məlumat verir.
“Neymar fenomendir. Texniki cəhətdən o, son iyirmi ildə gördüyüm ən yaxşı oyunçulardan biridir. Texniki cəhətdən Neymar Lionel Messi və Kristiano Ronaldodan daha yaxşıdır, texniki cəhətdən o, Kevin De Bröynedən və təsəvvür edə biləcəyiniz hər hansı ixtiyari oyunçudan daha yaxşıdır. Onun heyrətamiz qabiliyyətləri var.
Neymar Braziliya millisində həmişə səbirsizliklə ümid bağladığımız oyunçudur. Braziliya millisi Neymarla bir, onsuz baqadır. Bunun həqiqətən fərqi var”, deyə Kafu bildirib.
Neymar 2017-ci ildən PSJ-də çıxış edir. Futbolçunun klubla müqaviləsi 2025-ci ilə qədər qüvvədədir.
Geridə qalmış 2022/2023 mövsümündə Neymar mütəmadi zədələrinə rəğmən, parislilərin heyətində 29 oyuna çıxıb, 18 qol vurub, 17 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı 31 yaşlı Neymarı 60 milyon avro məbləğində qiymətləndirir.


