Kafu: “Roma” ÇL bölgəsinə gerçək iddiaçıdır”

“Roma”nın keçmiş cinah müdafiəçisi Kafu hesab edir ki, “canavarlar” növbəti mövsümdə Çempionlar Liqasında iştirak edə bilərlər.

Arena.az dünya futbolunun braziliyalı əfsanəsinin müvafiq qənaətini təqdim edir:

“Roma” – UEFA Çempionlar Liqası bölgəsinə gerçək iddiaçıdır. Onlar öz imkanlarını və bacarıqlarını düzgün qiymətləndirməlidirlər. Uğurlarına inanmalıdırlar”, deyə Kafu vurğulayıb.

Xatırladaq ki, cari mövsümə çox uğursuz başlamış “Roma” təcrübəli mütəxəssis Klaudio Ranyerinin gəlişindən sonra yüksəlişə keçib. Paytaxt təmsilçisi hazırda 57 xalla A Seriyasının yarış cədvəlinin 6-cı pilləsində qərarlaşıb. Komanda keçirdiyi 33 oyunda 16 qələbə qazanıb, 9 heç-heçə edib, 8 məğlubiyyətə üzülüb.

İtaliya A Seriyasının ilk iki pilləsində 71 xala malik “İnter” və “Napoli” komandaları qərarlaşıblar. “Atalanta” 64 xalla üçüncü, “Bolonya” 60 xalla dördüncü, “Yuventus” isə 59 xalla beşincidir.