Kamal Umudlu Albaniya – Almaniya oyununu idarə edəcək

Azərbaycanlı hakim Kamal Umudlu 17 yaşadək futbolçulardan ibarət yığmalar arasında Avropa çempionatının final mərhələsinə təyinat alıb.

Arena.az xəbər verir ki, Umudlu Avropa çempionatının A qrupu çərçivəsində keçiriləcək Albaniya – Almaniya oyununun baş hakimi olacaq.

Ona yan xətt hakimləri qismində finlandiyalı Olli Jantunen və xorvatiyalı Luka Payiç kömək edəcəklər. Dördüncü hakim funksiyasını xorvatiyalı Patrik Kolariç yerinə yetirəcək.

Qrup mərhələsinin 2-ci turunun qarşılaşması mayın 22-də Elbasan şəhərinin eyniadlı stadionunda keçiriləcək.

Qeyd edək ki, Kamal Umudlu Avropa çempionatının final mərhələsinə ehtiyat hakim kimi təyinat almışdı. Lakin qitə birinciliyinin ümumi siyahısında yer alan baş hakimlərdən biri zədələndiyindən, onu azərbaycanlı referi əvəzləyib.