AFFA-nın Sosial Ətraf mühit dayanıqlığı üzrə meneceri Kifayət Mustafayeva qadınlar arasında Avropa Kubokunun oyununa təyinat alıb.
Arena.az bu barədə AFFA-nın rəsmi saytına istinadən xəbər verir.
Bildirilir ki, Mustafayeva qadınlar arasında UEFA Avropa Kubokunun 1-ci təsnifat mərhələsi çərçivəsində sentyabrın 11-də keçiriləcək “Ayaks” (Niderland) – “Şturm” (Avstriya) oyununun UEFA nümayəndəsi olacaq.
Qarşılaşma Niderlandın Duyvendrext şəhərində yerləşən “De Toekomst” stadionda baş tutacaq.


