Kilian Mbappe bu yay “Real”a keçərsə, nə qədər itirəcək?

PSJ-nin fransız ulduz hücumçusu Kilian Mbappe 2023-cü ilin yayında “Real”a keçəcəyi halda bir neçə yüz milyon zərərə uğrayacaq.

Arena.az bu barədə, müvafiq hesablamanı aparmış “Sports Zone” dərgisinə istinadən məlumat verir.

Mbappe bu yay “Real”a keçidi müqabilində nəyi itirəcək?

1) PSJ-yə sadiqliyinə görə 80 milyon avro;

2) “Real”ın 2022-ci ilin yayında imza bonusu olaraq ödəməyə hazır olduğu 150 milyon avro. İndi “Kral klubu” həm transfer məbləğini və həm də imza bonusunu ödəmək iqtidarında deyil.

3) 72 milyon avro – Mbappenin hazırda PSJ-də aldığı məvacib. “Real” bu məbləği ödəmək niyyətində deyil.

Bildirilir ki, Mbappe bu yay “Real”a keçməyə qərar verərsə, “Kral klubu” imza bonusu müqabilində 50 milyon avrodan çox məbləğ təklif etməyəcək. Mbappenin maaşı isə 40 milyon avronu keçməyəcək.

Xatırladaq ki, Kilian Mbappenin adı ətrafında PSJ-də qalacağı və ya “Real”a keçəcəyi haqda söz-söhbət bitib-tükənmir. Rəsmi mənbələrin susması fonunda insayderlərdən gələn məlumatlar qeyri-müəyyənliyi ilə diqqət çəkir.

Xəbəri sosial şəbəkələrdə paylaş: