Kilian Mbappe Fransa yığmasından imtina edib? – İddia

İspaniya çempionu “Real”ın ulduz hücumçusu Kilian Mbappe daha Fransa yığmasının formasını geyinmək istəmir.

Arena.az xəbər verir ki, bunun əsas səbəbkarının “xoruzlar”ın baş məşqçisi Didye Deşam olduğu iddia edilir.

Fransız mütəxəssisin, Mbappenin UEFA Millətlər Liqasının qarşıdakı oyunları üçün milliyə gəlmək istədiyini və baş məşqçinin hücumçunu çağırmamaq qərarına gəldiyini deməsinə rəğmən, əslində bundan imtina etmiş tərəf 25 yaşlı futbolçu olub. Bu məlumat rəsmi təsdiqini taparsa, “xoruzlar”ın qapısı Mbappenin üzünə uzun müddət bağlı qala bilər.

Hazırda Mbappe ilə Deşam arasında münasibətlərin mürəkkəb olduğu vurğulanır. Məsələnin anlaşıqlı tərəfi mətbuat üçün heç nə olmamış kimi şərh edilsə də, bu məsələdə əslində pərdəarxası olaylar var. Belə təxmin edilir ki, müvafiq gərginliyin məziyyəti Mbappenin bərbad idman formasında olması, Deşamın isə tələbkar mövqeyindən geri çəkilmədən, ulduz futbolçuya güzəşt etməməsidir. Vurğulanır ki, Deşam ayrı-seçkilk salmır, Mbappe isə öz ulduz simasının qabardılmasına meyillidir ki, fransız mütəxəssis müvafiq yanaşmanın yığma komandanın düşərgəsində ab-havanı korlamasına heç bir vəchlə yol vermək niyyətində deyil. Bu səbəbdən də Mbappe “xoruzları”ın son çağırışında yer almayıb.

Bu arada Kilian Mbappe İspaniya La Liqasının “Osasuna” ilə ev oyununda (4:0) komanda yoldaşı, braziliyalı ulduz hücumçu Vinisius Juniorun het-trikinə anlaşılmaz qarşılıq verib. “Vini” üçüncü qolunu vurduqdan sonra, qalan komanda yoldaşları braziliyalı futbolçunu təbrik etməyə tələsərkən Mbappe yerində tərpənməz qalıb.

Bu, sosial şəbəkələrdə azarkeşlər arasında Mbappenin komanda yoldaşları ilə gərgin münasibəti ilə bağlı söz-söhbətlərə səbəb olub. Maraqlıdır ki, “Osasuna” ilə oyunda Mbappe davamlı olaraq oyunu öz əlinə almağa çalışıb və demək olar ki, tərəfdaşlarına ötürmə etməyib. Buna rəğmən, fransalı ulduz heç bir səmərəli fəaliyyəti ilə fərqlənməyib.

Meydanda özünü heç cür ən yaxşı tərəfdən göstərə bilməyən fransalı ulduz bəzi komanda yoldaşları tərəfindən dəstəklənir ki, ümidsizliyə qapılmasın. Bu işdə “qaymaqlılar”ın fransalı dəstəsi – Eduardo Kamavinqa, Orelyen Tçuameni və Ferlan Mendi xeyli təşəbbüs göstərirlər.

Mbappenin isə “qaymaqlılar”ın mərakeşli hücumçusu Braim Diasın qismində özünə yaxşı dost tapdığı vurğulanır.

Xəbəri sosial şəbəkələrdə paylaş: