Kilian Mbappe indi də KİV-lə döyüşür

Fransa çempionu PSJ-nin ulduz hücumçusu Kilian Mbappe Paris klubundan “Real”a keçəcəyi ilə bağlı xəbərlərə şəxsən özü şərh verib.

Arena.az xəbər verir ki, Mbappe özünün “Twitter” hesabından konkret olaraq “Le Parisien”in yaydığı məlumatı cavablayıb:

“Yalançılar… İndi mən əvvəl dediklərimə daha da əminəm. Artıq gələn mövsüm PSJ-də oynayacağımı demişəm. Mən burada xoşbəxtəm”.

Xatırladaq ki, daha əvvəl “Le Parisien” PSJ-nin Mbappeni satmağın əleyhinə olmadığını və “Real”ın hücumçunu bu yay transfer etməyə hazır olduğu haqda məlumat dərc etmişdi. Məlumatda həmçinin “Kral klubu” tərəfindən Mbappenin keçidi və gəlişi üçün bütün şəraitin yaradıldığı qeyd edilmişdi.

Vurğulayaq ki, Kilian Mbappe PSJ ilə müqaviləsini 2024/2025 mövsümünə qədər avtomatik qaydada yeniləyən maddəni rədd etdiyi üçün gələn ilin yayında azad agentə çevrilə bilər. Bu, PSJ üçün ciddi maliyyə itkisi deməkdir və bu səbəblə klubun ulduz hücumçunu transferə qoyduğu deyilirdi.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: