Fransa millisinin kapitanı Kilian Mbappe AÇ-2024-ün yarımfinalında İspaniya yığmasına məğlubiyyəti (1:2) şərh edib.
Arena.az “RMC Sport” dərgisinə istinadən, fransalı futbolçunun bu barədə fikirlərini təqdim edir:
“Fransa yığması niyə məğlub oldu? İspaniya yığması oyunu bizdən yaxşı keçirdi. Nə qədər yaxşı? Bu oyuna bir daha baxıb təhlil etməliyik. Biz qolları ardıcıl olaraq tez buraxdıq. İkinci hissədə geri-dönüş imkanlarıçız vardı, amma alınmadı”, deyə Mbappe təəssüflə bildirib.
Transfer dəyəri 180 milyon avro məbləğində qiymətləndirilən, dünyanın ən bahalı fransalı “xoruzu” Kilian Mbappenin isə AÇ-2024-də keçirdiyi oyunlarda səmərəsi, “D” qrupunun 3-cü tur oyununda yarış cədvəli baxımından əhəmiyyət kəsb etməyən, Polşa yığması ilə oyunda (1:1) penaltidən vurduğu qoldan ibarətdir.
Kilian Mbappe AÇ-2024-ün Avstriya yığması ilə 1-ci tur qrup oyununun (1:0) 86-cı dəqiqəsində oyun məqamlarının birində rəqibin mərkəz müdafiəçisi Kevin Danso ilə başa-baş toqquşma zamanı burnunu sındırmışdı. Sonra təcili tibbi yardım almış Mbappe meydana qoruyucu maska ilə çıxıraraq oynayırdı. Məhz bu səbəbdən ulduz futbolçunun tam gücü ilə oynaya bilmədiyi iddia edilirdi.


