Kilian Mbappe ittihamların arxasında PSJ-nin dayandığını israr edir

“Real”ın fransalı ulduz hücumçusu Kilian Mbappe “kral klubu”nu əmin edib ki, ona qarşı zorlama iddialarının arxasında PSJ dayanır.

Arena.az bu barədə “Cadena Ser” dərgisinə istinadən məlumat verir.

Üstəlik, vurğulanır ki, Mbappe bu işdə Fransa nəhənginin prezidenti Nasser Əl-Xelaifinin şəxsən əli olduğuna əmindir.

Mbappe başına gəlmiş qalmaqallı vəziyyəti Əl-Xelaifi tərəfindən qurulmuş bir “tələ” hesab edir. Mbappenin mümkün zorlamada günahkar olması ilə bağlı məlumatın PSJ-nin nəzarətində “yemlənən” mətbuat dərgiləri tərəfindən yayıldığı vurğulanır.

Xatırladaq ki, Mbappe və PSJ hazırda Paris klubun ulduz hücumçuya olan 55 milyon avro məbləğində borcuna görə məhkəmə çəkişməsi gedir.

Xatırladaq ki, bir müddət əvvəl, İsveç polisi, Mbappe və dostlarının Skandinaviya ölkəsinə səfəri zamanı paytaxt Stokholmun mərkəzindəki otellərin birində fransalı futbolçunun ünvanına zorlama şikayəti ilə bağlı təhqiqat başladıb.

Bu arada, Kilian Mbappenin vəkili xanım Mari-Aliks Kanyu-Bernar yaranmış vəziyyətə dair bildirib ki, gərək olarsa, Kilian ədalət qarşısında ifadə verməyə hazırdır. Həmçinin vəkil, Mbappenin hadisə ilə bağlı guya artıq hər şeyi mətbuata açıqladığını iddia edən dərgiləri də qınadığını bildirib:

“Kilian, lazım gələrsə, İsveç ədliyyəsinə izahat vermək üstünlüyünü saxlayır. Kilian Mbappenin Stokholma səfərinin təfərrüatı haqqında guya artıq hər şeyi söylədiyini car çəkən mətbuat iddialarını isə şiddətlə qınayıram”, – “La Provence” dərgisi Kanyu-Bernardan sitat gətirir.