Kilian Mbappe Mişel Platinini ötdü

AÇ-2024-ün seçmə mərhələsinin ötən gecə baş tutan Niderlandla səfər oyunu Fransa millisinin hücumçusu Kilian Mbappe üçün əlamətdar olub.

Arena.az xəbər verir ki, B qrupu çərçivəsində Amsterdamda keçirilən bu oyunda Fransa yığması 2:1 hesablı səfər qələbəsinə sevinib.

“Xoruzlar”ın ulduzu, PSJ-nin hücumçusu Kilian Mbappe bu oyunda dubla imza atıb. Bu, Mbappenin Fransa yığmasının heyətində vurduğu 41-ci və 42-ci qollar olub. Beləliklə gənc ulduz Fransa yığmasının heyətində qol sayına görə ötənlərin məşhur hücumçusu, “xoruzlar” üçün 41 qol vurmuş Mişel Platinini üstələyib.

Mpappe hazırda kapitanı olduğu, 2017-ci ilin martında debüt etdiyi Fransa yığmasının heyətində 72 oyun keçirib, 42 qol vurub, 25 məhsuldar ötürmə verib. Kilian “xoruzlar”la 2018-ci ildə Rusiyada keçirilmiş dünya çempionatının qalibi olub.

Hazırda Fransa yığmasının heyətində qol sayına görə yalnız 3 futbolçu Mbappedən öndədir. PSJ-nin gənc ulduzunun hər üç qolçunu üstələmək imkanı yalnız zaman məsələsidir.

Belə ki, Madird “Atletiko”sunun 32 yaşlı hücumçusu Antuan Qrizmanın yığmanın heyətində 44, karyerasını başa vurmuş Tyerri Anrinin hesabında 51, “Milan”ın veteran hücumçusu Olivye Jirunun isə 54 qolu var.

“Transfermarkt” internet-portalına 24 yaşlı Kilian Mbappeni 180 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: