Kilian Mbappe PSJ-də qalarsa…

Kilian Mbappe yay transfer pəncərəsində PSJ-də qalmağa qərar verərsə, bu halda Fransa klubu ona bonus olaraq 90 milyon avro ödəyəcək.

Arena.az “RMC Sport”a istinadən xəbər verir ki, parislilərin narahatlıq üçün heç bir əsası yoxdur.

Mbappe klub layihəsinin tərəqqi istiqamətindən çox razıdır və getməyi planlaşdırmır.

Xatırladaq ki, bir müddət əvvəl Mbappe müqaviləsini 2024/2025 mövsümünə avtomatik qaydada yeniləməyi nəzərdə tutan xüsusi bəndi aktivləşdirmədiyi məlum olmuşdu. Bu isə hücumçuya 2024-cü ilin iyun ayında azad agent statusu əldə etməyə imkan verir. Ötən yay Mbappenin “Real”a mümkün transferi haqda şayiələr dolaşırdı.

Cari mövsümdə 24 yaşlı forvard PSJ-nin formasında 40 oyuna çıxıb. Bu oyunlarda 38 qol vurub, 9 məhsuldar ötürmə ilə fərqlənib. Transfermarkt internet-portalı futbolçunun təxmini qiymətini 180 milyon avro məbləğində dəyərləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: