Fransa çempionu PSJ-nin fransalı ulduz hücumçusu Kilian Mbappe növbəti dəfə özünü “Qızıl top”a iddialı hesab etdiyini açıqlayıb.
Arena.az “France Football”a istinadən Mbappenin bu xüsusda fikrini diqqətinizə çatdırır:
“Qızıl topun köhnə qaydaları qalsaydı, özümün iddiaçı olmadığını deyərdim. İndi isə üstünlük futbolçunun oyununa verilir.
İndi onlar ən təəssüratverici, hamıdan çox təsir göstərən, oyunların gedişini dəyişib nəticəsini həll edən, ən çox diqqət çəkən oyunçunu seçirlər.
Bu cəhətdən mənim xeyrimə bir-iki dəlil var. Baxaq, amma mən iddiaçı olduğumu düşünürəm, bu, doğrudur”, deyə ulduz futbolçu bildirib.
Geridə qalmış 2022/2023 mövsümündə Kilian Mbappe PSJ-nin heyətində 43 oyuna çıxıb, 41 qol vurub, 10 məhsuldar ötürmə verib. O, komandası ilə Fransa çempionluğunu qazanmaqla yanaşı, 29 qolla turnirin ən sərrast futbolçusu olub və çempionatın ən yaxşı oyunçusu seçilib.
Bundan əlavə, Mbappe 2022-ci ildə Qədərdə keçirilmiş dünya çempionatında 8 qol vurmaqla, mundialın bombardiri adını qazanıb.


