Fransalı üz-çənə cərrahı Manuel Havel bildirib ki, Fransa yığmasının ulduzu Kilian Mbappe AÇ-2024-də qoruyucu maska ilə oynamalı olacaq.
Arena.az xatırladır ki, Mbappe AÇ-2024-ün Avstriya yığması ilə 1-ci tur qrup oyununun (1:0) 86-cı dəqiqəsində oyun məqamlarının birində rəqibin mərkəz müdafiəçisi Kevin Danso ilə başa-baş toqquşma zamanı burnunu sındırmışdı.
“Maska yaxşı uyğunlaşdırılıbsa, görmə və nəfəs almağa mane olmayacaq. Adətən bu, idmanla məşğul olmağa mane olmur. Mbappeni azacıq narahat edə biləcək yeganə məqam, maskanın alnına çox yuxarı qalxmasıdır. Başla zərbə zamanı top maskadan sıçrayaraq, onsuz yönələ biləcəyindən fərqli bir istiqamətə sıçrayacaq. Buna görə də, belə bir maska düzgün şəkildə tənzimlənməlidir. Axı o, oynamağa davam etmək istəyən yüksək səviyyəli idmançıdır. Ona görə də düşünürəm ki, Kilian üzünün qorunduğunu bilərək, qorxusunu tez bir zamanda kənara atacaq”, – “RMC Sport” dərgisi cərrah Haveldən sitat gətirir.
Xatırladaq ki, daha əvvəl mətbuatda, Mbappenin, qrup mərhələsinin yerdə qalan hər iki oyununu ümumiyyətlə buraxa biləcəyi haqda məlumat vardı.
“Xoruzları” qrup mərhələsinin 2-ci və 3-cü turlarında müvafiq olaraq Niderland və Polşa yığmaları ilə oyunlar gözləyir.


