Kilian Mbappe: “Real” üçün əlimdən gələn hər şeyimi verəcəyəm”

Bu dəqiqələrdə “Santyaqo Bernabeu”da təqdimat mərasimi keçirilən “Real”ın fransalı ulduz hücumçusu Kilian Mbappe fikirlərini ifadə edib.

Arena.az fransalı ulduzun səsələndirdiyi sözləri təqdim edir:

“Hamıya salam. Mən ispan dilində danışmağa çalışacağam. Vay səni… burada olmaqdan inanılmaz dərəcədə xoşbəxtəm. Mən uzun illər “Real”da oynamaq arzusunda idim və bu gün isə arzum gerçəkləşir. Mən xoşbəxt oğlanam. İlk gündən mənə güvənən prezident Florentino Peresə təşəkkür etmək istəyirəm. Bu gün xəyal gerçəkləşdi. Anamın ağladığını görürəm…

Uşaqlara bir ismarışım var. Mən də sizin kimi bir uşaq idim. Şövq və arzu ilə istədiyiniz hər şeyə nail ola bilərsiniz. Bu, inanılmaz bir gündür. Uşaqlıqdan yalnız bir arzum olub və burada olmaq mənim üçün çox şey deməkdir. “Real” azarkeşlərinə təşəkkür edirəm, çünki onlar bu illər ərzində sevgilərini göstəriblər.

İndi başqa bir xəyalım var. Mən bu klub və bu loqonun tarixinə müvafiq olmaq üçün canımı verəcəyəm.

Arzumu gerçəkləşdirdiyim və futbol tarixinin ən yaxşı klubunun oyunçusu olduğum üçün fəxr edirəm. Daha çox danışmaq istəmirəm, əks halda ağlayacağam”, deyə Mbappe mərasimində fikirlərini duyğusalcasına ifadə edib.

Bu sözlərdən sonra Mbappe “Real”ın köyənyi üzərində olan loqosunu öpüb.

Xatırladaq ki, daha əvvəl Kilian Mbappe tibbi müayinədən uğurla keçib, “Real”la müqaviləsinə rəsmən imza atıb. O, “9” nömrəli formanı əyninə geyinərək, ilk dəfə bir “qaymaqlı” kimi “Santyaqo Bernabeu”ya çıxıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: