Kilian Mbappe Santa-Klaus oldu

Milad bayramı günlərində PSJ-nin ulduzu, fransalı hücumçu Kilian Mbappe qatıldığı tədbirlərin birində Santa-Klaus geyimində peyda olub.

Arena.az məlumat verir ki, Mbappenin bu fotoşəklini UEFA-nın mətbuat xidməti sosial şəbəkələrin birində paylaşıb.

Mbappe PSJ-yə 2018-ci ilin iyulunda 180 milyon avro qarşılığında “Monako”dan keçib. Kilianın Fransa nəhəngi ilə cari müqaviləsi 2024-cü ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə ulduz hücumçu parislilərin heyətində bütün yarışlarda 22 oyuna çıxıb, 21 qol vurub, 2 məhsuldar ötürmə verib.

Kilian Mbappe hazırda kapitanı olduğu, 2017-ci ilin martında debüt etdiyi Fransa yığmasının heyətində 75 oyun keçirib. Hücumçu bu oyunlarda 46 qol vurub, 30 məhsuldar ötürmə verib. Kilian “xoruzlar”la 2018-ci ildə Rusiyada keçirilmiş dünya çempionatının (DÇ-2018) qalibi olub.

“Transfermarkt” internet-portalı 24 yaşlı Kilian Mbappeni 180 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: